​Bakıda daha bir küçə təmir EDİLDİ

​Bakıda daha bir küçə təmir
14:30 21.10.2021
257 Toplum
A- A+

Bakının Yasamal rayonundakı Heydər Hüseynov küçəsi əsaslı təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

SÜLH.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumatda deyilir ki, 292 metr uzunluğa malik Heydər Hüseynov küçəsinin ortalama eni 10 metr təşkil edir.

Aparılan təmir işləri zamanı küçə boyu köhnə asfalt-beton örtüyü ilə yanaşı, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb. Küçə boyu 2180 kv.m səki tikilib, 586 p/metr səki daşı düzülüb.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə, zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infratsrukturu yaradılıb.

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu üzrə nəzərdə tutulan və ümumi uzunluğu 4 km olan 11 küçədə əsaslı təmir işləri icra olunub.

Dövlət başçısının tapşırığına əsasən, agentlik 2019-2020-ci illərdə Yasamal rayonunda 15 km-dən çox uzunluğa malik küçə təmir edib.