Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
SÜLH.İNFO.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Şəmkir rayonunda qeydə alınıb.
Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsızlıqdan özünə atəş açıb və xəsarət alıb.
Xəsarət almış polis əməkdaşı xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.
DİN-nin Mətbuat xidməti faktı təsdiqləyib.