“Bu günə qədər Azərbaycanda 67 əfvetmə haqqında sərəncam imzalanıb ki, bu da 8774 nəfərə şamil edilib. Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb ki, bu da 5672 nəfərə şamil olunub”.
SÜLH.İNFO.az xəbər verir ki, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.
A.Sabitova qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən amnistiya aktları nəticəsində minlərlə ailəyə sevinc bəxş edilib:
“Bu günə qədər həyata keçirilən 11 amnistiya aktı 117770 şəxsə şamil edilib. Prezident İlham Əliyevin hakimiyyəti Heydər Əliyev Fodunjn təşə büsü ilə 4 amnistiya aktı 40412 nəfərə şamil olunub. Zəfər Günü münasibətilə həyata keçiriləcək amnistiya dövlətin hümanist siyasətinin təzahürüdür”.