​Koronaya yoluxan baş direktorun son durumu AÇIQLANDI

​Koronaya yoluxan baş direktorun son durumu
12:20 11.11.2021
234 Toplum
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun koronavirusa yoluxan baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun son durumu açıqlanıb.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən  SÜLH.İNFO.az-a verilən məlumata görə, professorun səhhətində müəyyən irəliləyişlər var.

K.Şükürov artıq kritik vəziyyətdən çıxıb:

"Saturasiyası da düzəlib. Amma hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir".

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan K.Şükürovun vəziyyəti ağırlaşdığından o, Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.