​Koronavirusun yeni yayılan ştamı nə dərəcədə təhlükəlidir?

​Koronavirusun yeni yayılan ştamı
14:50 21.10.2021
264 Dünya
A- A+

Birləşmiş Krallıqlarda yeni koronavirus növünün yayılması, ciddi təhlükə yaratdığını düşünməyə əsas vermir.

SÜLH.İNFO  xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Sadcid Cavid Londonda keçirilən mətbuat konfransı zamanı bildirib.

"COVID-19 bütün viruslar kimi mutasiya edir və biz daim yeni ştammları müəyyən edirik. Bunların arasında AY.4.2 kimi tanınan və hazırda yayılmaqda olan "Delta" ştamının yeni variantı da var. AY.4.2-nin ciddi təhlükə yaratdığını hesab etmək üçün hələ heç bir dəlil olmasa da, növbəti ştam və ya ondan sonra yarana biləcək törəmələr daha təhlükəli ola bilər", - deyə S.Cavid qeyd edib. 

Nazir Britaniya sakinlərini soyuq havanın başlaması ilə əlaqədar olaraq peyvənd olunmağa və peyvəndin 3-cü dozasını vurdurmağa çağırıb.