Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 774 yeni yoluxma faktı qeydə alınıb, 2 365 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SÜLH.İNFO.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 554 096 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 516 013 nəfər müalicə olunaraq sağalıb, 7 372 nəfər vəfat edib, aktiv xəstə sayı 30711 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 350, ötən müddət ərzində isə ümumilikdə 5 321 217 test aparılıb.