​24 azərbaycanlı “oğru”ya sanksiya qoyuldu - Nazir açıqladı

​24 azərbaycanlı “oğru”ya sanksiya qoyuldu
17:39 11.11.2021
283 Toplum
A- A+

Bu gün 500 “qanuni oğru” Ukrayna Təhlükəsizlik Şurasının sanksiyasına məruz qalıb. 

Bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski keçirdiyi brifinqdə bildirib.

Nazirin dediyinə görə, sanksiyaya məruz qalan “qanuni oğru”lardan 56 nəfəri Rusiyanı təmsil edir. Siyahıda 24 azərbaycanlı, habelə 9 erməni “oğru”nun da adı var.

Monastırski onu da qeyd edib ki, sanksiya nəticəsində Volınsk, Lvov, Zakarpatya, Çernovetsk, Sumı i Zaporojye vilayətlərində qanuni oğruların nəzarəti tam aradan qaldırılıb.