​69 minə yaxın şəxs işlə təmin edildi

​69 minə yaxın şəxs işlə
11:45 12.11.2021
218 Toplum
A- A+
Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 68,5 min işsiz və işaxtaran şəxsi işlə təmin edib.
 
Agentlikdən  SÜLH.İNFO.az -a verilən məlumata görə, özünüməşğulluq proqramının bu il 16 min şəxsi əhatə etməsi nəzərdə tutulub ki, cari ilin 10 ayında onlardan artıq 12625-i proqrama cəlb edilib.
 
Digər məşğulluq xidmətlərində olduğu kimi, özünüməşğulluq proqramının icrasının da rəqəmsal platforması yaradılıb. Proqrama müraciət edənlərin elektron reyestri, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilib. Həmçinin proqrama aid e-platforma yaradılaraq, aktiv alanların sənədləri və aktivlərin verilməsi prosesinə aid foto, video çəkilişlər ictimaiyyətə açıqlanır.