​Polisdən qaçan azərbaycanlı qadın özünü eyvandan atdı

​Polisdən qaçan azərbaycanlı qadın özünü eyvandan
12:30 12.11.2021
236 Dünya
A- A+

Türkiyənin Trabzon şəhərində polis azərbaycanlı qadınların olduğu evə basqın edib.  

SÜLH.İNFO.az  xəbər verir ki, Trabzon Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyinə bağlı Etika Büro Komandirliyi qrupları, sosial şəbəkələrdə qadın alveri ilə məşğul olduğu bildirilən qadınların yaşadığı evdə  əməliyyat  keçirib. Basqın nəticəsində  Azərbaycan vətəndaşı olan qadınlardan biri  saxlanılıb. Digəri isə polisdən qaçmağa çalışıb. O, birinci mərtəbənin eyvanından özünü aşağı atıb.  Nəticədə  qadın baldır sümüyünü sındırıb. 

Polis qadınları və digər şəxsləri bölməyə aparıb. 2 azərbaycanlı qadının ifadələrindən sonra deportasiya ediləcəkləri bildirilib.

Onlar barəsində araşdırma aparılır.