Bugünədək bütün vaksinlərin alınması xərcləri dövlət büdcəsindən qarşılanıb.
SÜLH.İNFO.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Samir Şərifov bildirib ki, növbəti il üçün də müvafiq tədarük edilib.
"Vaksinlər hər zaman diqqətdə saxlanılır. Vaksinlər əvvəldən sifariş olunduğuna görə cari ildə onların vəsaiti ödənilib, daha doğrusu ödənilməsi nəzərdə tutulub. Bir hissəsi hələ ödəniləcək. Onları bir hissəsi bu il, əksər hissəsi isə gələn il gələcək. Vəziyyətə baxılaraq əlavə vəsaitin ayrılması da mümkün olacaq," - deyə nazir əlavə edib.