Emin Ağalarov ötən il rəsmən ayrıldığı eks həyat yoldaşı Alyona Qavrilova ilə yenidən münasibətlərini bərpa edib.
SÜLH.İNFO.az xəbər verir ki, Rusiya mətbuatı onların bir neçə tədbirdə birgə qatılması və bir-birinə isti münasibəti barədə yazıb.
Emin bu ilin avqust ayından eks-həyat yoldaşına sosial şəbəkələrdə komplimentlər yazır, onun barədə paylaşımlar edir.
Bu həftə Eminin yeni “Reputasiya” layihəsinin təqdimadına da Qavrilova da qatılıb. Onlar birlikdə kameralar qarşısına keçməsələr də, kameralardan kənar isti münasibətləri ilə jurnalistlərin diqqətini çəkib.
Yayılan xəbərlərə görə, cütlük 6 aydır münasibətlərini bərpa edib, lakin hələ heç biri bu barədə açıqlama vermir.
Xatırladaq ki, Emin Ağalarovla Alyona Qavrilova 2018-ci ildə evlənib, onların Afina adlı bir qızı var.