​Rafael Cəbrayılovun varisi kimi həyat yoldaşı çıxış edəcək

​Rafael Cəbrayılovun varisi kimi həyat yoldaşı
12:58 13.11.2021
269 Toplum
A- A+

Həbsdə ölən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdiriləcək.

SÜLH.İNFO.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, mərhum deputatın məhkəməsində hüquqi varisi kimi həyat yoldaşı Aida Cəbrayılova çıxış edəcək. Bununla bağlı R.cəbrayılovun ailə üzvləri tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə verilən vəsatət artıq təmin edilib.

Məhkəmə istintaqı yekunlaşdıqdan sonra R.Cəbrayılovun cinayət işinə hansı əsaslarla xitam veriləcəyi müəyyənləşəcək.

Qeyd edək ki, həbsdə koronavirusa yoluxan keçmiş deputat sentyabrın 30-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

R.Cəbrayılov 2005-2019-cu illərdə Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olub. 2019-cu ildə deputat vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürdüyü üzə çıxıb. Daha sonra onun deputat mandatı ləğv edilib. Bu ilin aprelində isə dələduzluq əməllərinə görə həbs edilib.

R.Cəbrayılov deputat olarkən torpaq sahəsinə dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək 11 nəfərin ümumilikdə 2 milyon 571 min manat pulunu mənimsəməkdə ittiham edilirdi.