​Ermənistan atəşkəsi yenidən pozmağa cəhd edib - Müdafiə Nazirliyi

​Ermənistan atəşkəsi yenidən pozmağa cəhd edib -
18:03 13.11.2021
323 Qarabağ
A- A+

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədib. 

SÜLH.İNFO.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.