​İdarədə yoxlama: Eyvazov 7 nəfəri işdən çıxardı

​İdarədə yoxlama:
17:15 21.10.2021
294 Toplum
A- A+

Sabunçu Rayon Polis İdarəsində xidməti yoxlama aparılıb.

SÜLH.İNFO . Manşet.az-a istinadən xəbər verir ki, xidməti yoxlamanın nəticəsində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Quliyev, Təhqiqat şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlqar Rzayev, Cinayət-axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Rəcəbov, Növbətçi hissənin rəisi, polis polkovnik-leytenantı Əli Babayev, müstəntiq Elxan Hacıyev, İctimai Təhlükəsizlik şöbəsinin inspektoru, polis kapitanı Vasif Sadıqov və kadrlar üzrə rəhbər Şəbnəm Rzayeva tutduqları vəzifələrindən azad olunublar.