​AXCP üzvünə 10 il həbs cəzası VERİLDİ - FOTO

​AXCP üzvünə 10 il həbs cəzası
12:40 15.11.2021
465 Hadisə
A- A+

Bu gün AXCP (Azərbaycan Xalq Cəbhəsi Partiyası) fəalı Aqil Hümbətovla bağlı məhkəmə prosesi yekunlaşıb. 

Sülh.info.az unikal.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrlik etdiyi məhkəmə prosesində vəkil Nemət Kərimlinin müdafiə çıxışından sonra A.Hümbətov son söz deyib. 

Qısa müşavirədən sonra hakim hökmü elan edib. 

Bildirilib ki, prokurorun istədiyi 10 il azadlıqdan məhrumetmə cəzası hökmdə təsdiqini tapıb. 

Onu da deyək ki, Aqil Hümbətov avqustun 11-də Bakının Zirə qəsəbəsində şəxsi münaqişə zəminində qəsəbə sakini Yamən Məmmədova bıçaq xəsarətləri yetirib. Bu səbəbdən polis tərəfindən saxlanılıb.