İranda baş verən zəlzələ ilə bağlı Xarici İşlər Nazirliyi bu ölkəyə başsağlığı verib.
SÜLH.İNFO.az xəbər verir ki, nazirliyin tviter səhifəsində paylaşılan məlumatda deyilir:
“İranın cənubunda baş verən güclü zəlzələ xəbərindən çox sarsıldıq. Zəlzələ nəticəsində həlak olanların ailələrinə səmimi qəlbdən başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını diləyirik”.