MDB-nin ən yaşlı “qanuni oğru”su ölüb.
SÜLH.İNFO.az xəbər verir ki, “Lua Samtredski” ləqəbli “qanuni oğru” Mixayıl Nikuradze 80 yaşında Soçidə dünyasını dəyişib.
Qeyd edək ki, “Lua Samtredski” ilk cinayətini 61 il əvvəl törədib. SSRİ dağılanadək o, 5 dəfə dəmir barmaqlıqlar arasına düşüb. 1980-ci illərin əvvəllərində “qanuni oğru” adını alıb.