Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunmuş ərazilərdə xidmətini davam etdirir.
SÜLH.İNFO.az xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Gorus-Qafan yolunda xidmət aparan polis əməkdaşlarının fotolarını sosial şəbəkə hesabında paylaşıb.
"Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunan bütün ərazilərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin keşiyindədir. Qarabağ Azərbaycandır!", - deyə o paylaşımında qeyd edib.