Xaçmaz rayonunda dərs zamanı şagirdin ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə SÜLH.İNFO-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki rayonun Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.