İranın Xuzestan vilayətində kənd sakini onun əkin sahəsinə icazəsiz enən və nəticədə əkin sahəsinə ziyan vuran təcili tibbi yardım xidməti- Ambulansa aid helikopterə daş atdığına görə 18 ay həbs və Sistan və Bəluçestan vilayətinə sürgün edilmə ilə cəzalandırılıb.
SÜLH.İNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən kəndlinin qardaşı Rza Musəvi "İLNA" ajansına açıqlamasında deyib ki, qardaşı əli ilə helikopterə mane olmağa çalışsa da, helikopter icazəsiz onun əkin sahəsinə enib və o, helikopter tərəfə daş atıb, lakin xoşbəxtlikdən, helikopterə heç bir ziyan dəyməyib.
Rza Musəvi habelə əlavə edib ki, məhkəmə qardaşını pul cəzasına da məhkum edib və 60-dan çox yaşı olan keçmiş əkinçinin hələ də evi yoxdur və çadırda yaşayır.
"Qardaşımın 4 oğlu var və qardaşım olmazsa onlara kim baxar, 6 və 8 yaşlı uşaqları əlacsız qalar”, - deyə o vurğulayıb.