​Eldar Həsənovun məhkəməsi: bu mərhələyə başlanıldı

​Eldar Həsənovun məhkəməsi:
17:19 15.11.2021
226 Toplum
A- A+

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

SÜLH.İNFO.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər cinayət işinin materialları ilə bağlı bir neçə vəsatət qaldırıblar.

Məhkəmə yerində müşavirədən sonra təqdim olunan vəsatətləri hazırkı mərhələdə baxılmamış saxlanıldığını elan edib.

Daha sonra iclasda cinayət işi üzrə məhkəmə sənədinin tədqiqi mərhələsinə başlanılıb.

Proses noyabrın 19-da davam etdiriləcək.