Dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından nüfuzlu platforma olan Beynəlxalq Biznes Forumunun (International Business Forum - IBF) ilk dəfə Azərbaycanda keçirilməsi əlamətdar hadisədir.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“İnanırıq ki, “Azərbaycan: Asiyanın incisi” şüarı ilə təşkil edilmiş 25-ci forum ölkəmizin əlverişli investisiya mühitinin təşviqi, biznes əməkdaşlığının gücləndirilməsi, yeni təşəbbüslər və layihələr üçün geniş imkanlar yaradır”, - deyə nazir qeyd edib.