Dövlət Turizm Agentliyi və Medianın İnkişafı Agentliyinin (MEDİA) KİV nümayəndələri və peşəkar fotoqraflar arasında elan etdiyi “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda keçirilən müsabiqə başa çatıb.
SÜLH.İNFO.az- a DTA-dan verilən məlumata görə, müsabiqəyə təqdim olunan materiallar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilərək hər kateqoriya üzrə ən yüksək balı toplayan ilk 3 yerin sahibləri qalib hesab olunub.
TV süjet kateqoriyasında 3-cü yer üzrə, yazı kateqoriyasında isə 2-ci yer üzrə iki nominant eyni balı topladığından hər iki şəxs mükafatlandırılıb.
TV süjeti kateqoriyası üzrə:
I yer - “Ağdam şəhəri işgüzar turizmin mərkəzi olacaq” süjeti ilə Çinarə Qambayeva (AzTV )
II yer - “Naxçıvan - qədim yurd yerimiz” süjeti ilə Orxan Qurbanov (Baku TV)
III yer - “Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı” süjeti ilə Samir Oruc (AZTV)
III yer - “Naxçıvanın turizm imkanları genişlənir” süjeti ilə Nuranə İbrahimova (ARB)
Yazı kateqoriyası üzrə:
I yer - “Əsrlərdir saflığını qoruyan kənd-"Təbiət muzeyi"ndən reportaj” məqaləsi ilə Samirə Əli (anews.az)
II yer - “С видом на Карабах. Азербайджан возвращается на большой туристический рынок – АНАЛИЗ” məqaləsi ilə Cəmilə Ələkbərova (media.az)
II yer - “Путешествуем по Азербайджану. История, экотуризм и виноделие” məqaləsi ilə Samirə Kazımova (moscow-baku.ru)
III yer - “Qarabağın dark turizm potensialı: Erməni barbarlığını dünya daha yaxından görəcək" məqaləsi ilə Çingiz Səfərli (trend.az)
Foto kateqoriyası üzrə:
I yer – Anar Bayramlı
II yer – Fərqanə Qasımlı
III yer – Zaur Mustafayev