​1200 dollarlıq iti oğurlayıb ondan yemək bişirdi – CİNAYƏT İŞİ BAŞLANILDI

​1200 dollarlıq iti oğurlayıb ondan yemək bişirdi –
21:49 15.11.2021
346 Maraqlı
A- A+

Rusiyanın Saxalin vilayətinin sakini iti oğurlayaraq onu yeyib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Saxalin vilayəti üzrə İdarəsi məlumat yayıb.

Bildirilib ki, Saxalin vilayətinin Makarovskiy rayonunun 36 yaşlı sakini 90 min rubl (1250 ABŞ dolları) dəyərində iti oğurlayıb və ondan yemək bişirib.

“Faktla bağlı “oğurluq” və “Heyvanlarla qəddar rəftar etmə” maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır”, – DİN-in məlumatında qeyd olunub.