​Prezidentin yaratdığı quruma sədr əvəzi təyin edildi

​Prezidentin yaratdığı quruma sədr əvəzi
12:15 16.11.2021
225 Toplum
A- A+

Bu ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında yaradılan "Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsə sədr əvəzi təyin olunub.

SÜLH.İNFO.az xəbər verir ki, Qaynarinfo-nun əldə məlumatına görə, bu vəzifəyə ləğv edilən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktor müavini Emin Adil oğlu Rəsulov "Hərracların Təşkili Mərkəzi”nə gətirilib. 

Ləğv edilən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Şükür oğlu Məlikov yeni yaradılan quruma təyinat almayıb.