​Mixail Saakaşvili qan qusmağa başladı

​Mixail Saakaşvili qan qusmağa
13:40 16.11.2021
227 Dünya
A- A+

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti kəskin pisləşib. Siyasətçi qan qusmağa başlayıb, həkimlərin ona baxmasına icazə verilməyib. 

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə səlahiyyətli nümayəndəsi Lüdmila Denisova teleqram kanalında bildirib.

Onun sözlərinə görə, bir qədər əvvəl həkimlər şurasının üzvü Nino Şaraşenidze Gürcüstan hakimiyyətinə Saakaşvilinin tibbi müayinəsinə qastroenteroloqun cəlb edilməsinin zəruriliyini bildirib. Buna baxmayaraq, ikinci gündür ki, şuranın buna çıxışı yoxdur.

Denisovanın özünə də siyasətçi ilə görüşə icazə verilmir, lakin o, bu gün Gürcüstanın Ədliyyə Nazirliyindən səfər üçün icazə alacağını gözləyir. Bu arada həbsxana xəstəxanasının baş həkimi Manana Elefterova bir müddət əvvəl Saakaşvilinin həyatı üçün təhlükə olmadığını bildirib.