Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
SÜLH.İNFO.az fərmanın mətnini təqdim edir:
1. “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 76; 2012, № 11, maddə 1087; 2013, № 12, maddə 1515) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında “Elm,” sözündən sonra “texnika, memarlıq,” sözləri əlavə edilsin və “tərkibi və” sözləri çıxarılsın;
1.2. 1-ci hissədən “tərkibi və” sözləri çıxarılsın;
1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”nin 7-ci hissəsində “Respublika günü” sözləri “Müstəqillik Günü” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.