​Teymur Musayev peyvənd olunduğu vaksinin adını AÇIQLADI

​Teymur Musayev peyvənd olunduğu vaksinin adını
15:59 16.11.2021
236 Toplum
A- A+

"Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesində ilk iştirak edən şəxslərdənəm. Bu il yanvarın 18-də vaksinasiya başlayanda elə həmin gün ilk dozanı qəbul etmişəm”.

SÜLH.İNFO.az  xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

O xatırladıb ki, təyin olunan vaxtlar ərzində ardıcıl olaraq üç doza vaksin vurdurub: "Hər üç doza vaksin Çin istehsalı olan "Sinovac” olub”.