Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 015 yeni yoluxma faktı qeydə alınıb, 2 178 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SÜLH.İNFO.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 563 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 525 838 nəfər müalicə olunaraq sağalıb, 7 502 nəfər vəfat edib. 30 600 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 035, bu günə qədər isə ümumilikdə 5 380 154 test icra olunub.