Ukrayna ombudsmanı Lyudmila Denisovanın həbsdə olan eks-prezident Mixail Saakaşvilini ziyarət etmək istəyi Gürcüstan tərəfindən rədd edilib.
SÜLH.İNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.
“Gürcüstan qanunvericiliyinə əsasən, Ukrayna ombudsmanının ölkə həbsxanasına səfər etməsi nəzərdə tutulmur”, - deyə Breqadze bildirib.
Qeyd edək ki, Denisova həbsxanada Saakaşviliyə baş çəkmək və Gürcüstanın keçmiş liderinin şəraiti ilə tanış olmaq üçün bazar ertəsi Tiflisə gəlib