​İpoteka üzrə borcalanın gəlirinin hesablanması qaydası dəyişdı

​İpoteka üzrə borcalanın gəlirinin hesablanması
20:32 16.11.2021
232 Toplum
A- A+

Nazirlər Kabineti 16 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”ında dəyişiklik edib.

SÜLH.İNFO.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ipoteka krediti götürmək istəyənlərin muzdlu işdən əldə etdiyi gəlirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürülən məlumatlar əsasında müəyyən edilərkən, ölkə hüduqlarından kənardakı mənbələrdən əldə olunan gəlirlər istisna ediləcək.