​Hulusi Akar Zakir Həsənovla sərhəddəki vəziyyəti müzakirə etdi

​Hulusi Akar Zakir Həsənovla sərhəddəki vəziyyəti
20:39 16.11.2021
286 Qarabağ
A- A+

Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

SÜLH.İNFO.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, general-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını qeyd edib.

Cənab H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.