Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Əliyar Şirməmmədov partiyanın Siyasi Şurasından və partiya üzvlüyündən istefa verib.
SÜLH.İNFO.az xəbər verir ki, Ə.Şirməmmədov bu barədə açıqlama verib.
O, partiyadan istefa səbəbini Əli Əliyevin partiyanı diktator sayağı idarə etməsi ilə əlaqələndirib:
“Ümumiyyətlə, belə deyərdim ki, bir az da kobud çıxacaq, sanki partiyanı diktatorcasına idarə etmək istəyir. Mən Əli bəydən yaşca da böyüyəm. Düz, 30 il 4 aydır ki, bir yerdəydik. Deyərdim ki, ayrılmağımın başlıca səbəbi siyasi baxışlarımızın üst-üstə düşməməsi ilə bağlıdır. Hesab edirəm ki, özümə hörmət edərək, mədəni halda istefa verdim. Bunu davam etdirməyi öz tərbiyəmə, siyasi fəaliyyətimə yaraşdırmadım" deyə o bildirib.