Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinə yeni rəis təyin edilib.
SÜLH.İNFO.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Hikmət Quliyev təyinat alıb.
O, bu təyinatadək Baş İctimai Təhlükəsizlik İdarəsində çalışıb