Bakının Xəzər rayonunda ümumi sahəsi 1800 m² olan quşçuluq fermasının içərisinə səpilən taxta yonqarı 200 m² sahədə yanıb, yüksək temperaturdan 15 ədəd plastikdən ibarət yem qabı əriyib.
Bu barədə Sülh.İnfo.az-a FHN-dən bildirilib.
Məlumata görə, fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.