Goranboyda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
SÜLH.İNFO.az xəbər verir ki, Unikal.org-un məlumatına görə, hadisə Qarasüleymanlı kəndində baş verib.
Belə ki ata, ana və övladı - 1994-cü il təvəllüdlü Yəhyayeva Nurcan Çapay qızı, 1989-cü il təvəllüdlü Yəhyayev Misir Bəhruz oğlu və 2014-cü il təvəllüdlü Yəhyayev Elcan Misir oğlu kənddə yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, təxminən eyni saatlarda rayonun daha bir kəndində oxşar hadisə baş verib. 1990-cü il təvəllüdlü Qarbucaq kənd sakini İbrahimova Lamiyə Şamil qızı da dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.