Britaniyalı həkimlər COVID-19 öskürəyinin fərqini açıqlayıblar.
SÜLH.İNFO.az məlumat verir ki, alimlərin araşdırmasına görə, koronavirus xəstələrinin təxminən 68 faizi quru öskürəkdən şikayətlənib. Bunun COVID-19-un ikinci ən çox görülən simptomu olduğu qeyd edilir.
Həkimlər koronavirusda adətən bəlğəmsiz, ağciyərlərdən gələn dərin öskürək müşahidə edildiyini vurğulayıblar.
“Buna allergiya, astma və digər tibbi xəstəliklər, həmçinin havanın quruluğu və ya siqaret çəkmə səbəb ola bilər”, - deyə elm adamları bildirib.
Onların sözlərinə görə, yalnız simptomlara əsaslanaraq soyuqdəyməni koronavirusdan müstəqil olaraq ayırd etmək çox çətindir. Bununla əlaqədar olaraq, onlar insanlara özünü diaqnostika ilə məşğul olmamağı və testdən keçməyi məsləhət görüblər.