Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə təqsirləndirilən Mahir Əbdürrəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
SÜLH.İNFO.az-a verilən məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxəs hökm oxunub.
Məhkəmənin hökmü ilə, M.Əbdürrəhimov 8 il azadlıqdan məhrum edilib
İttihama görə, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xızı və Siyəzən rayonları üzrə Maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla, ümumilikdə 511 min manat azaldaraq, həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
M.Əbdürrəhmanov şübhəli şəxs qismində saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.