Bir çox erməni əsgərinin valideyni təlaş içində övladlarından xəbər tutmaq üçün Zəngəzura (Sünik) gəlib.
SÜLH.İNFO.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Onlardan bəziləri avtomobillərini döyüş yerinə ən yaxın yaşayış məntəqəsi olan Qızılcıq (İşxanəsər) kəndində qoyub, yerli UAZ-la sərhədə gəlməyə cəhd ediblər.
Qeyd edək ki, ötən gün Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib. Erməni rəsmilərinin məlumatına görə, hazırda erməni tərəfindən 1 ölü, 13 əsir və 24 itkin var.
Yaralıların sayının isə 40-dan çox olduğu bildirilir.