Bakının Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında divan, kreslo və stol yanıb.
Fövqəladə Hallar Nazirliyindən SÜLH.İNFO-ya verilən məlumata görə, yüksək temperaturdan otağın lambirindən ibarət tavanı 4 m² sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.