"Bundan əvvəl də vurğulamışıq ki, dinc inkişaf dövrünün başlaması təkcə bizdən asılı deyil. Hətta demişik ki, cəmiyyətimizə dinc inkişaf dövrünün mümkün olmadığını sübut etməyə çalışanların müxtəlif aksiyaları olacaq. Bütün bunları önləmək bizim gündəmimizə daxildir. Bunu strategiya kimi qəbul etdiyimiz üçün ardıcıl olaraq sülhə qayıtmalıyıq".
SÜLH.İNFO.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə millət vəkillərin suallarını cavablandırarkən deyib.
"Mən çox gözəl başa düşürəm ki, sülh erası açmaq asan olmayacaq. Bunun üçün bizə güclü əsəb lazımdır" deyə Paşinyan əlavə edib.
Hökumət rəhbəri bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün danışıqlar prosesində Ermənistan tərəfi beynəlxalq ictimaiyyətin mövqeyini ədalətsiz hesab edib və ümumiyyətlə rəqibin mövqeyini eşitməyi vacib saymayıb:
"Beynəlxalq gündəmlə bağlı məsələləri yalnız öz meyarları ilə ölçmək mümkün deyil. Bunu etmək olar, amma uğur və həll yolu gətirməyəcək".
Nikol Paşinyanın sözlərinə görə, Ermənistan tərəfi Qarabağ məsələsi üzrə danışıqlar prosesində uğur qazana bilməyib:
"Çünki bizim fikirlərimiz beynəlxalq ictimaiyyətin fikirləri üçün qəbul edilməz olub. Mən hələ Azərbaycandan danışmıram. Beynəlxalq ictimaiyyətin fikirləri də bizim üçün qəbul edilməz olub. Bizim bir ideyamız olub: Qarabağ məsələsinin ermənilərin maraqlarına uyğun həlli. Bundan başqa digər yolun olmamasını qəbul etmişik. Lakin nəzərə almamışıq ki, beynəlxalq ictimaiyyətə məsələsnin ermənilərin xeyrinə həll olunması maraqlı olmayıb, onlar yalnız Qarabağ məsələsində maraqlıdır".