Ukraynanın hava hücumundan müdafiəsi ilə bağlı məsələnin həlli prioritetdir və hazırda beş ölkədən tədarükülə bağlı danışıqlar aparır.
Report “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə birgə mətbuat konfransı zamanı deyib.
"Nə olursa olsun, hava hücumundan müdafiə baxımından bizə səmanın bağlanmasına zəmanət verə biləcək o qədər də çox dövlət yoxdur və bu məsələ beş dövlətin ətrafında həll edilməlidir", - prezident əlavə edib.