Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Elmin Samir oğlu Əlizadənin nəşi bu gün ailəsinə təhvil verilib.
SÜLH.İNFO.az xəbər verir ki, onun nəşi Mingəçevir şəhər Az.DRES ərazisində məcburi köçkünlərin məskunlaşdığı Yeni həyat qədəbəsində ailəsinin yaşadığı evə gətirilib.
Şəhidlə vida mərasimi keçirildikdən sonra onun nəşi Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
Allah rəhmət eləsin!