​Qadın polkovnik-leytenant vəfat etdi - FOTO

​Qadın polkovnik-leytenant
17:32 18.11.2021
222 Hadisə
A- A+

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik-leytenant Təranə Məmmədova bu gün səhər saatlarında dünyasını dəyişib.

SÜLH.İNFO.az xəbər verir ki, T. Məmmədova bir müddət ağır xəstəlikdən əziyyət çəkirmiş. O, Yasamal qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, T.Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib, sonuncu iş yeri Daxili Qoşunların Mətbuat xidmətinin rəhbəri olub. 2013-cü ildə o səhhəti ilə əlaqədar ehtiyata buraxılıb.