​Deputat: Kirayə qalmağa məcburam

​Deputat:
21:15 18.11.2021
216 Toplum
A- A+

Hazırda ailəmlə Gəncədə yaşayıram. Təbii ki, işlə əlaqədar tez-tez Bakıya səfər edirəm. Bakıda da evim olmadığı üçün Milli Məclisə kirayə pulu üçün müraciət etmişəm. Seçildiyim gündən aidiyyəti qurumlar tərəfindən evimizin olmadığını təsdiq edən arayış əsasında kirayə haqqı ödənilir.

SÜLH.İNFO.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri deputat Müşfiq Cəfərov kirayə qalmasının səbəbini izah edərkən deyib.

M. Cəfərov deyib ki, mənzillərin qiymətləri baha olduğundan kirayədə qalmağa məcbur olub:

“Bizim o əməkhaqqı ilə ev almağımız reallığı əks etdirmir. Buna görə də o barədə heç düşünmürəm. Sosial şəbəkələrdə yayılır ki, guya, deputatlar 5000-7000 maaş alır. Bu həqiqəti əks etdirmir. Millət vəkilləri 1500-1700 manat maaş alırlar.

Əlbəttə, müharibədən çıxmış ölkəyik. Bu gün işğaldan azad edilmiş torpaqların yenidənqurma və bərpası haqqında əməli işlər görülür. Tezliklə həmin ərazilərin bərpasını və keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmalarını arzulayırıq. Bu məsələlər öz həllini tapandan sonra ev məsələmiz də öz həllini tapar”.

Qeyd edək ki, bundan öncə deputatlardan bəzilərinin, daha dəqiq desək Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Vüqar İsgəndərov, Şahin Seyidzadə, Ramil Həsən, Anar Məmmədov və Emin Hacıyevin kirayədə qaldığı məlum olmuşdu.