Rumıniyanın Babeni şəhərində hərbi sənaye zavodunda partlayış baş verib.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə “Ajerpres” agentliyi məlumat yayıb.
Hadisə nəticəsində 3 nəfər həlak olub, iki nəfər isə ağır vəziyyətdədir.
Məlumata görə, partlayış piyada əleyhinə mina ilə ehtiyatsız davranma nəticəsində baş verib.