Rusiyanın “Krıliya Sovetov” komandasının 42 yaşlı futbolçusu Denis Kovba vəfat edib.
“Denis Kovba ömrünün 43-cü ilində dünyasını dəyişdi. O, Rusiya çempionatında 221 oyun keçirib və “Krıliya Sovetov”un heyətində turnirin bürünc mükafatçısı olub. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə komandanın mətbuat xidmətindən bildirilib.
Hit.az xəbər verir ki, Kovba 2012-ci ildə futbolçu karyerasını başa vurub. O, “Krıliya Sovetov”un tərkibində 2000-2009-cu illərdə, eləcə də 2010-2011-ci illərdə oynayıb. Kovba 252 matçda 8 qol vurub.
Koronavirusu ağır keçirən eks-futbolçunun reanimasiyaya yerləşdirilməsi noyabrın 11-də məlum olub.