2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda sərnişin daşınması 5,9 faiz azalıb.
SÜLH.İNFO.az-ın məlumatına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 959,7 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 93,9 faizi avtomobil nəqliyyatı, 5,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 901,0 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,5 faiz azalma qeydə alınıb.
Sərnişinlərin 91,8 faizi avtobus, 8,2 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Sərnişin dövriyyəsi 5,2 faiz azalıb.