Xəzər dənizində gəmi kapitanı qadını zorlamaq istəyib.
SÜLH.İNFO.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərindən birində qeydə alınıb.
Gəmidə aşpaz işləyən 41 yaşlı P.Ə. iddia edir ki, gəminin kapitanı 54 yaşlı A.C. onu zorlamağa cəhd edib.
Qadın faktla bağlı bir sıra dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev qadının şikayət etməsini təsdiqləyib. O bildirib ki, məsələylə bağlı şikayətçi hüquq-mühafizə orqanlarına müraciət edib:
“Hüquq-mühafizə orqanlarının verəcəyi qərara uyğun olaraq QSC müvafiq addım atacaq”.