Mədəniyyət naziri Anar Kərimov rəhbərliyi etdiyi qurumda bir sıra islahatlar aparıb.
SÜLH.İNFO.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirliyin Aparatının struktur bölməsi olan Dövlət qulluğu və kadr məsələləri şöbəsinin yerində İnsan kapitalının idarə edilməsi şöbəsi, Hüquq və daxili nəzarət şöbəsinin yerində iki şöbə - Hüquq şöbəsi və Daxili nəzarət və audit şöbəsi, Maliyyə və uçot şöbəsinin yerində isə İqtisadiyyat və maliyyə şöbəsi yaradılıb.
İslahatların nazirliyin digər şöbələrinə də şamil ediləcəyi istisna edilmir.